"Apple" ABŞ tarixində ən bahalı şirkət olub.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, korporasiyanın kapitallaşması 700 milyard dolları ötüb.
Fevralın 10-na olan məlumata əsasən, ABŞ-ın smartfon istehsalçısının səhmlərinin qiyməti 2,29 dollar bahalaşıb. Bunun da nəticəsində kapitallaşma rekord səviyyəyə çatıb.
Bununla da şirkət 2014-cü il ərzində kapitalını 58 faiz artırıb.