KANAL24.AZ
Az Iw En Ru

İmişlidə qəza - Xəsarət alan var

İmişlidə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün günorta saatlarında rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı avtomobillə “Vaz-2107” markalı avtomobilin toqquşması nəticəsində Bakı sakini, 62 yaşlı sərnişin Vəli Allahverdi oğlu Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 


01:35 26.02.2017
Xəbər lenti
Bütün xəbərlər