KANAL24.AZ
Az Iw En Ru

Əli Həsənov: “Mehriban Əliyevanın təyinatı Azərbaycan xalqına, dövlətinə töhfələr verəcək”

“Mən Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına və dövlətinə töhvələr verəcək”.

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Bakıda keçirilən “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimində çıxışı zamanı bildirib.

Ə.Həsənov deyib ki, bu təyinatla dövlət idarəçiliyində dinamizm müşahidə olunacaq: “Mehriban Əliyeva xaraktercə dinamik insandır və bu, ölkə siyasətinə də təsir edəcək”.


21:15 25.02.2017