KANAL24.AZ
Az Iw En Ru

Komandası uduzan azarkeşlər futbolçuları döydü

Millimizin üzvü Deniz Yılmazın şərəfini qoruduğu "Bursaspor"un Türkiyə Superliqasında uğursuz çıxışı davam edir. 22-ci turda "Kasımpaşa"nın qonağı olan "timsahlar" 4 cavabsız qolla uduzub. Deniz Yılmazın adı matçın iştirak ərizəsində olmayıb.

Goal.az xəbər verir ki, bir qrup "Bursaspor" azarkeşi oyundan sonra komandanı daşıyan avtobusa hücum edib. Osmanqazi körpsünüdə dayanan  avtobusa bıçaq və dəyənəklərlə daxil olan azarkeşlər bir neçə futbolçunu döyüb. Komandanın qapıçısı Harun Tekinin isə üzündə zərbə izləri qalıb. 


20:00 25.02.2017