KANAL24.AZ
Az Iw En Ru

Baş nazirin müavini Şəhidlər xiyabanında Xocalı soyqırımına abidə ucaldılmasına münasibət bildirdi

Milli Məclisin Xocalı muzeyinin yaradılması, Şəhidlər xiyabanında bu soyqırıma həsr olunmuş abidənin quraşdırılması ilə bağlı təklifinə müsbət yanaşmaq olar.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov jurnalistlərə bildirib ki, Xocalı soyqırımı və bu qətliamın tarixi yaddaşımıza çevrilməsi və bütün dünyada təbliğ olunması istiqamətində səsləndirilən bütün təkliflərə müsbət yanaşmaq olar:

“Eyni zamanda, parlament tərəfindən qaldırılan bu məsələlərə müsbət yanaşmaq olar. Məqsədimiz odur ki, Xocalı unudulmasın və təbii ki, unudulmur. Amma söhbət təkcə bunu unutmamaqdan getmir. Söhbət həm də ondan getməlidir ki, biz Xocalı faciəsini törədənlərin haqqında cinayət işinin qaldırılması, onların törətdikləri qətliama cavab verməsinə nail olmalıyıq. Bütün dünya və bizim qarşımızda duran əsas məqsəd bundan ibarət olmalıdır. Təbliğat işləri də aparılmalıdır. Lakin bununla yanaşı, bizim bütün səylərimiz ona yönəlməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar Xocalını soyqırım olaraq tanısınlar. Təbii ki, bu soyqırım qurbanlarının qətlinə, qanına bayis olan insanlar öz layiqli cavablarını alsınlar".


18:18 25.02.2017
Xəbər lenti
Bütün xəbərlər