KANAL24.AZ
Az Iw En Ru

ABŞ-da jurnalistləri Ağ Evə buraxmadılar

ABŞ-ın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri Ağ Evin gündəlik brifinqinə buraxılmayıb.

Bu barədə CNN telekanalı məlumat verib.

Məlumata əsasən, CNN-dən başqa “New York Times”, “Politico”, “Los Angeles Times" qəzetləri də brifinqdən kənarda qalıb.

Bundan əvvəl heç vaxt belə hadisənin baş vermədiyini bildirən telekanal qeyd edir ki, jurnalistlərin brifinqə buraxılmamasının səbəblərini Ağ Ev açıqlamayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün bəzi ABŞ KİV-lərini “xalqın düşməni” adlandırıb.


15:20 25.02.2017