KANAL24.AZ
Az Iw En Ru

Trampdan xalqına VERGİ SÖZÜ

ABŞ prezidenti Donald Tramp vergiləri azaldacağına söz verib.

Kanal24.az Reuters” agentliyinə istinadən xəbər verir ki, prezident orta sinif və şirkətlər üçün vergiləri əhəmiyyətli dərəcədə azaltmaq niyyətində olduqlarını bildirib.

“Biz vergi kodeksimizi hamı üçün daha sadə və dürüst etməyə hazırlaşırıq”, - Tramp deyib.

O, həmçinin bildirib ki, artıq seçkiqabağı kampaniyası zamanı verdiyi vədlərini yerinə yetirməyə başlayıb. Xüsusi halda, prezident qeyd edib, bu qeyri-leqal miqrantların axınının dayandırılması və ABŞ-ın “Trans-Sakit Okean Əməkdaşlıq" sazişindən (TTP) çıxması ilə bağlıdır.

Bundan başqa, dövlət başçısı vurğulayıb ki, onun komandası “Obamacare” adlanan səhiyyə islahatının icrasını dayandırmağa hazırlaşır. Tramp qeyd edib ki, ABŞ “Keystone XL” və “Dakota Access” neft kəmərlərinin tikintisi üzrə layihələrin üzərində işi davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, bu kəmərlərin tikintisində istifadə olunacaq borular ABŞ-da istehsal ediləcək.


14:41 25.02.2017
Xəbər lenti
Bütün xəbərlər