KANAL24.AZ
Az Iw En Ru

Arvadı xalası çıxdı...

İmam nikahına girdiyi əmisinin qızı, sənəddə xalası olaraq göründüyü üçün rəsmi dövlət nikahına alınmayıb. 
 
Maraqlı hadisəyə Türkiyənin Muş kəndində rast gəlinib.
 
Erkul olayı bu cür şərh edib: "Məsələni araşdırdıq. Babam yoldaşına nikah etməmiş. Eyni zamanda qaynatam olan əmim də anamı qızı olaraq öz üzərinə qeydiyyat etdirmiş. Yəni anam ilə yoldaşım qeydlərdə bacı görünür" .
 
7 il əvvəl imam nigahıyla evlənmiş...
 
Hasköy mahalında avtobus sürücüsü işləyən 28 yaşlı Hakan Erkul, açıqlamasında 7 il əvvəl əmisinin qızı Songül Erkul ilə imam nigahıyla evləndiyini söyləyib.
 
Bu evliliklərindən 3 uşaqlarının dünyaya gəldiyini izah edən Erkul, belə danışdı:
 
"İlk uşağımız doğulduqdan sonra rəsmi nikah əməliyyatlarını etmək üçün rəsmi quruma müraciət etdik. Burada qeydlərdə yoldaşımın, anamın bacısı olaraq göründüyü ortaya çıxdı. Bu səbəblə nikahımız qeydə alınmadı. Konuyu araşdırdıq. Babam yoldaşına nikah etməmiş. Eyni zamanda qaynatanın olan əmim da anamı qızı olaraq öz üzərinə qeydiyyatdan etdirmiş. Yəni anam ilə yoldaşım qeydlərdə bacı görünür. Əmim da həyatını itirmişdi. "
 
 
 
Rəsmi olaraq evlənə bilmədilər...
 
Erkul, hadisənin fərq edilməsi üzərinə anasının məhkəməyə müraciət edərək adını Hanımşah Sezgin olaraq dəyişdirdiyini ancaq sistemdə anası və həyat yoldaşının atasının eyni adam olaraq göründüyü üçün yenə evlilik əməliyyatını gerçəkləşdirə bilmədiklərini dilə gətirib.
 
Rəsmi nikah qıyamadıqları üçün uşaqlarının özünün ictimai haqqlarından faydalanamadığını ifadə edən Erkul, bu vəziyyətin düzəldilməsini istədi. Songül Erkul isə 7 ildir evli olmalarına baxmayaraq kimlikdə hələ də "subay" olaraq göründüklərini deyib.
 
 
Bu durumdan ən çox zərər çəkən uşaqlar olur...
 
Bu vəziyyətdən ən çox uşaqlarının mənfi təsirləndiyini vurğulayan Erkul, "Həyat yoldaşım sığortalı olduğu halda uşaqlarım bundan faydalana bilmir. Uşaqlarımın başda xəstəxana və məktəb olmaqla bütün əməliyyatlarını mən edirəm. Böyük çətinliklər yaşayıram. Bu səbəblə də nikaha alınma sənədləşməsinin bir an əvvəl edilməsini istəyirik." deyib.

06:54 25.02.2017
Xəbər lenti
Bütün xəbərlər