KANAL24.AZ
Az Iw En Ru

İraq Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başladı

İraq Suriya ərazisində İŞİD terror təşkilatına qarşı ilk aviasiya reydlərinə başlayıb.

"Deutsche Welle" xəbər verir ki, İŞİD-ə ilk aviazərbələr Suriya-İraq sərhədi yaxınlığında endirilib.

İraq ordusundan bəyan ediblər ki, reydlər ekstremistlərin bu yaxınlarda Bağdadda törətdikləri terror aktlarına cavab olaraq həyata keçirilib.

"Biz uşaq və vətəndaşlarımızı qətlə yetirən terrorçuları harada olurlarsa-olsunlar, izləməyə çalışırıq", - deyə İraqın baş naziri Heydər əl-Abadi bildirib.


06:42 25.02.2017