KANAL24.AZ
Az Iw En Ru

Millimiz Serbiya ilə qarşılaşacaq

Millimiz Serbiya ilə qarşılaşacaq.

 AFFA-nın  verdiyi məlumata görə, qurumun baş katibi Elxan Məmmədov Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza ilə görüşüb.

Görüşdə AFFA ilə Serbiya Futbol Federasiyası arasında əməkdaşlıq, E.Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, iki ölkənin aşağı yaş qruplarından ibarət yığma komandaları arasında yoldaşlıq oyunlarının təşkili ilə bağlı razılıq əldə olunub.


01:19 25.02.2017