Son günlər Cəlilabad rayonuna yağan qarın əriməsi nəticəsində sürüşmə zonaları yenidən aktivləşib.
Kanal24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, daha çox rayon mərkəzindən təxminən 35 kilometr aralıda yerləşən ucqar dağ kəndi Pərdi ərazisində müşahidə olunur. Belə ki, kəndin ərazisindən keçən Cəlilabad-Yardımlı avtomobil yolunda yol yatağının çökməsi nəticəsində ərazidə iri çatlar əmələ gəlib.
Dağlarda əriyən qar suları birbaşa avtomobil yoluna axdığından vəziyyət bir qədər də çətinləşib.