KANAL24.AZ
Az Iw En Ru

Obama Fransa prezidenti ola bilər

ABŞ-ın keçmiş lideri Barak Obamanın fransız pərəstişkarları onun Fransa prezidenti vəzifəsinə namizədliyini irəli sürülməsini istəyir.

Bir qrup fəal Obamanın plakatlarını Paris küçələrinə yerləşdirib və təbliğat üçün “Obama17” adlı sayt işə başlayıb.

Bundan başqa fəallar Obamanın diqqətini cəlb etmək üçün müvafiq petisiya yaradıblar. Aktivistlərin məqsədi 1 milyon imza toplamaqdır.

Qeyd olunub ki, bununla bağlı ideya Obamanın prezidentlik müddətinin bitməsinə iki ay qalmış müzakirə mövzusu olub.


23:21 24.02.2017
Xəbər lenti
Bütün xəbərlər