KANAL24.AZ
Az Iw En Ru

Moskva Bakıya bu qorxunc silahdan sata bilər

Rusiya Azərbaycana “İsgəndər” raket komplekslərini verə bilər.

Bunu FAN agentliyinə müsahibəsində rusiyalı hərbi ekspert Aleksey Leonkov söyləyib.

“Azərbaycanla hərbi-texniki əməkdaşlıq proqramı kifayət qədər genişdir. Heç kim ona Rusiyaya müraciət edib, bu tipli silahların alınmasını müzakirə etməyə qadağa qoymur. Azərbaycan Rusiyadan istədiyi hər şeyi sifariş verib. Bakı bizimlə yanaşı, İsrail və digər ölkələrə də silah sifariş verir. O, müstəqil siyasət yürüdür və biz onlara hansısa silahın alınmasında nəyisə məcbur edə bilmərik”, - deyə, o bildirib.


19:03 24.02.2017