"Arsenal"ın ispaniyalı yarımmüdafiəçisi Santi Kazorla bu mövsümdə çıxışını başa vurub.
Topuğunda problemləri olan havbek bu mövsüm 8 oyunda meydana çıxıb. O, "Ludogorets"lə Çempionlar Liqasının qrup mərhələsində keçirilmiş oyunda zədələnmişdi. Kazorla 2012-ci ildə "Malaga"dan "Arsenal"a keçmişdi.