KANAL24.AZ
Az Iw En Ru

Şəkidə DƏHŞƏTLİ QƏZA-VİDEO

Şəkidə zəncirvari qəza olub.

Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun 129-cu km-də Şəkinin Oraban kəndi yaxınlığında ağır avtomobil qəzası baş verib.
Qəza zamanı Sumqayıt şəhər sakini Ağayev Şahin Məhərrəm oğlunun idarə etdiyi Ford tranzit yük avtomobili ilə Şəki rayon sakini sakini idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub.

Qəza anında hərəkətdə olan daha bir minik avtomobilinə qismən ziyan dəyib. Qəzadan sonra "VAZ 21011" avtomobilinin hissələri ətrafa dağılıb. Avtomobil iki hisssəyə parçalanıb. Yük avtomobili isə aşaraq avtomobillərin intensiv hərkət etdiyi yolu bir müddət bağlıyıb.
Qəzada müxtəlif bədən xəsarətləri alan 3 nəfər Oğuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta ağır olaraq qalır.

Hadisənin dəqiq səbəbləri araşdırılır. (ARB Şəki)


15:26 24.02.2017
Xəbər lenti
Bütün xəbərlər