KANAL24.AZ
Az Iw En Ru

Günahkar insan qəbir əzabını hansı bədəni ilə çəkəcəkdir?

Qəbir - həmin bərzəx aləmidir. Bəzən elə hədisləri oxuyuruq ki, orada deyilir, kafirlərin bədənlərini ilanlar və əqrəblər parçalayacaqdır. Ancaq əgər qəbri açsaq, orada ilan və ya əqrəb görmərik. (Tebyan)

Belə bir sual meydana gəlir ki, bəs günahkar insan qəbirdə hansı bədəni ilə əzab görər? Bununla bağlı iki nəzər vardır:

1. Bir nəzərə görə insan dəfn olunan kimi ruhu həmin bədəninə geri qayıdar və insan bu maddi bədəni ilə Nəkir ilə Münkərin suallarına cavab verər və əzab görər.

2. Məntiqli nəzər isə budur ki, insan misali cismi ilə əzab görər. Bərzəx aləminə daxil olan kimi ruhu öz bədəninə bənzər misali bədəni ilə qovuşar və o, bu bədənlə əzab görər.

Məsum İmamlardan (ə) əzabla bağlı soruşanda buyurmuşlar: "Həmin Allah ki, yerin də Allahıdır, yerə əmr edər ki, bu ölüyə təzyiq göstər. Bu Allah, havanın da Allahıdır, suyun da Allahıdır. Su da istəsə təzyiq göstərə bilər, qüdrəti yerdən az deyildir".
Əhli-Beyt (ə) alimlərinin nəzərinə görə, qəbir əzabını yüngülləşdirmək olar. Ona görə də cəsədin yanında Kərbəla türbəti qoymağı, qəbri sulamağı, təlqinləri deməyi və başqa göstərişləri verirlər ki, hər biri ibadətin bir növüdür.

Hədislərimizdə oxuyuruq ki, əgər meyitə təlqinlər oxunarsa, Nəkir və Münkər deyər: "Geri qayıdaq, o şeyi ki, soruşmaq istəyirdik, hamısını təlqin etdilər. Artıq ondan soruşmağa ehtiyac qalmadı".
Hər bir halda insan uzun zaman dünya bədəninə adət etmişdir və uzun illər onun üçün minik rolunu oynamışdır. Ona görə də onların arasında möhkəm bağ vardır. Baxmayaraq ki, öləndən sonra ondan ayrılar, ancaq onunla rabitəsini kəsməz. Çünki bəzi meyitlərin cismləri sağlam ona görə qalır ki, ruhları qüdrətlidir. Ruhu ilə əlaqəsini kəsməsinə baxmayaraq, bu qüdrət bədəninə də sirayət etmişdir.
O zaman ki, qəbirlərin ziyarətinə gedirik, biz onların ruhlarına diqqət edirik. O zaman ki, insanın ruhu qüvvətli olar, cismi ilə müxtəsər rabitəsi ona təsir qoyar. Ona görə də deyə bilmərik ki, ruh adət etdiyi cismi həmişəlik tərk edər. Xeyr, belə deyildir. O zaman ki, qəbrin ziyarətinə gələrlər, meyitin ruhu bunu hiss edər və onların səslərini belə eşidər.
Ruh bir müddət bərzəx aləmində misali bədənində yaşayar. Bəzilərinin həyatı yuxuya bənzəyər. Qiyamət günü gəlib çatan zaman isə ruhu əvvəlki bədəninə geri qayıdar. İnsanın Qiyamət günü hesabı məhz bu bədəni ilə olar.


04:56 24.02.2017