KANAL24.AZ
Az Iw En Ru

Yağlı balığın bu faydasından xəbəriniz varmı?

İngiltərədəki Liverpul Con Murs Universitetinin reallaşdırdığı bir araşdırma, həftədə iki dəfə yağlı balıq yeməyin tez bişirilən zərərli qəlyanaltıların yaratdığı təsiri azaltdığını aşkarladı.

Araşdırmaçılar həftədə ən az iki dəfə yağlı balıq yemək, kökəlməyin səbəb olduğu immun sisteminin narahatlıqlarını da yaxşılaşdırdığını vurğuladı.
Yağlı balıqla qidalanmanın sağlam həyat üçün ən ideal qidalanma metodu olduğunu vurğulayan araşdırma qrupunun başındakı Doktor Perez De Heredia bu mövzu barəsində ətraflı məlumat verdi:
"Çoxlu meyvə və tərəvəzlə qidalanmaq çox əhəmiyyətlidir. Ancaq yağlı balıqları istehlak etmək də olduqca önəmlidir. Onlar zəifləmiş immun sistemini bərpa edirlər.
Yağlı balıq tez bişirilən zərərli qəlyanaltıların təsirini azaldır. Bu sayədə insan orqanizmi zərərli toksinlərdən təmizlənmiş olur."


04:32 24.02.2017