KANAL24.AZ
Az Iw En Ru

Əli İnsanovun vəsatəti təmin edilmədi

Məhkəmə Əli İnsanovu ev dustaqlığına buraxılması barədə vəsatıti  təmin etmədi

Bu gün Qaradağ rayon Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun ev dustaqlığına buraxılması haqda vəsatətə baxılıb.

Sabiq nazirin  vəkilləri Toğrul Babayev və Ağaveyis Şahverdinin vəsatəti təmin edilməyib.


Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb. 

Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir. Əli İnsanov isə ittihamı qəbul etmir.

 


03:49 24.02.2017
Xəbər lenti
Bütün xəbərlər