KANAL24.AZ
Az Iw En Ru

Allahın məkri nə deməkdir?

İmam Rza (ə) buyurur: "Allah Təala istehza, rişxənd və məkr etməz, aldatmaz. Ancaq Allah onlara cəza verər. Allah zalımların dediklərindən daha üstündür".

Məkr sözünün lüğətdəki mənası tədbir deməkdir, istər yaxşı tədbir olsun, istərsə də pis. O məkr ki, ayələrdə Allaha nisbət verilər, başqalarının məkrinə verilən əvəzdir.
Quranda buna aydın nümunələr vardır. Belə ki, o zaman ki, məkr xeyir kimi zikr olunur: "Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır". ("Ali-İmran" 54).
Bəzən də pis mənanı verir. "(Bu, onların) Yer üzündə təkəbbür göstərmələri, məkr və hiylələri ucbatından idi. Pis əməl, məkr (hiylə) yalnız öz əhlini bürüyər". ("Fatir" 43).

Qurani-Kərim buyurur ki, o məkkar ki, istəyir dinə ziyan vursun, həmin məkri özünə qayıdar və özü ziyan görər. "Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər". ("Bəqərə" 9).
"Və şübhəsiz, onlar (bizim peyğəmbərlərimizə qarşı) öz hiylələrini işə saldılar, halbuki, onların hiylələri - dağları yerdən qoparacaq qədər güclü olsa da - (onu əzəldən bilmək, dünyada onunla mübarizə aparmaq yolu və onun axirətdəki cəzası) Allahın yanındadır". ("İbrahim" 46).
Bəli, kafirlər hər nə qədər haqqı aradan qaldırmaq üçün hiylə və məkr etsələr də, faydasızdır. Çünki

Allahın onların hiyləsindən xəbəri vardır və bu hiylələrin nəticəsi axirətdə cəza şəklində onlara qayıdacaqdır. Dünyada isə Allah onların hiylələrini cavabsız qoymaz. Öz ziyanlarını özlərinə qaytarar.
Beləliklə deyə bilərik ki, Allahın məkri deyildikdə, Onun cəzası nəzərdə tutulur. Belə ki, insan günah edir və cəzaya layiq olur. Allah da onu başa düşmədiyi tərəfdən əzab edər. Ya da onun üçün elə bir tale təyin edər ki, o, öz ayağı ilə, cəzadan qafil halda həmin əzaba tərəf gedər. Ancaq əgər bəndə günah etməzsə, Allahın onu cəzalandırması mümkünsüzdür.


03:39 24.02.2017
Xəbər lenti
Bütün xəbərlər