KANAL24.AZ
Az Iw En Ru

Türkiyə təyyarəsindən məcburi eniş: Bermud üçbucağının üzərində...

İstanbul-Havana reysi ilə uçan “Türk Hava Yolları”na aid təyyarə texniki problemə görə, ABŞ-ın paytaxtı Vaşinqtona məcburi eniş edib.

Türkiyə KİV-i xəbər verir ki, Airbus A330-200 tipli sərnişin təyyarəsində texniki nasazlıq Bermud üçbucağı və ya Şeytan üçbucağı üzərində yaranıb.

Qeyd edək ki, Bermud üçbucağı Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anormal zona sayılır.


03:14 24.02.2017
Xəbər lenti
Bütün xəbərlər