KANAL24.AZ
Az Iw En Ru

Usubov generalı DİN-ə qaytardı

Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş İstintaq İdarəsinin rəisi Sərvər Mehrəliyevə yenidən vəzifə verilib.

General Mehrəliyev bu dəfə Daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub.

Qeyd edək ki, DİN rəhbəri Sərvər Mehrəliyevin yerinə İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Emil Usubovu təyin edib.

 

Milli.Az xəbər verir ki, E.Usubov Ramil Usubovun böyük oğludur.


00:20 24.02.2017