KANAL24.AZ
Az Iw En Ru

Tramp hökuməti tualet qaydalarını dəyişdi

Tramp hökuməti transgenderlərin məktəblərdə tualet seçimi ilə bağlı keçmiş administrasiyanın fərmanını ləğv edib.

ABŞ Ədliyyə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ədliyyə və Təhsil nazirlikləri 2015-2016-cı illərdə tətbiq edilmiş qaydanı ləğv ediblər.

Amma press-relizdə nazirliyin cinsi azlıqları ayrı-seçkilik, ələ salmaq və təqiblərdən qorumaqda sadiq olduğu bildirilir.

Əvvəlki fərmana görə, məktəblər transgender şagirdlərin tualet və soyunub-geyinmə otaqlarını seçməsində onlara sərbəstlik verməli idi, yəni onlar özünü hansı cinsə aid edirdisə seçimi də elə edirdilər.

Bu dərhal 11 ştatın narazılığına səbəb olmuşdu.

Texas, Alabama, Viskonsin,Tennessi, Arizona, Men, Luiziana, Yuta, Corciya və Qərbi Virciniya ştatları Obama administrasiyasını məktəbləri və iş yerlərini "kütləvi sosial eksperimentlər üçün laboratoriyalara" çevirməkdə günahlandırırdı.

Bununla bağlı Texas ştatında məhkəmədə iddia da qaldırılmışdı.


00:08 24.02.2017