KANAL24.AZ
Az Iw En Ru

FİFA DÇ-2018 üçün sponsor tapa bilmir

FİFA 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində sponsorların cəlb edilməsi ilə bağlı çətinliklərlə üzləşib.

Ali futbol qurumu 2014-cü ildə Braziliyada təşkil olunmuş son mundialdan bəri yalnız bir böyük sponsorla - Çinin "Wanda Group" şirkəti ilə müqavilə imzalaya bilib. Həmçinin Rusiyadan "Alfa-Bank" turnirin regional sponsoru olmağa razılıq verib.

Halbuki Braziliyadakı dünya çempionatı ərəfəsində yarışın startına 3 il qalmış sponsorların əksəriyyəti artıq öz iştirakını təsdiqləmişdi. Həmin dövrdə FİFA-nın 20 sponsoru vardısa, hazırda onların sayı 9-dur. 2014-cü ildə sponsorlardan ali futbol qurumunun büdcəsinə 404 milyon dollar daxil olmuşdusa, 2015-ci ildə bu rəqəm 246 milyon dollar təşkil edib. Bildirilir ki, bu cür çətinliklər son illər FİFA-da yaşanan korrupsiya qalmaqalı ilə bağlı ola bilər.

 

Qeyd edək ki, 2018-ci il dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. 


23:35 23.02.2017
Xəbər lenti
Bütün xəbərlər