KANAL24.AZ
Az Iw En Ru

Bələdiyyə sədrinin atası evini qar uçurdu - 5 ÖLÜ

Lerikin Orand kəndində baş verən qar uçqununda sağ çıxmış azyaşlı uşağa yardım etmək üçün iki təcili yardım briqadası ayrılıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilb.

Bildirilib ki, hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir: "İlkin məlumata görə, 4 nəfər uçqunun altında qalaraq dünyasını dəyişib. Sadəcə, bir azyaşlı uşağı xilas etmək mümkün olub. Uşağın vəziyyəti ağırdır. Qonşu kənddən gələn həkim ona ilkin tibbi yardım göstərib. 10 dəqiqəyə təcili yardım briqadası hadisə yerinə çatacaq".

Qeyd edək ki, bu gün Lerik rayonunun Orand kəndində qar uçqunu olub. Qar yığını kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşüb. Hadisə nəticəsində ev sahibi Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsi ölüb. Bir azyaşlı isə xəsarət alıb.

-----------

Lerik rayonunda qar uçqunu baş verib.

Lerik Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə səhər saatlarında rayonun Orat kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Mustafayev Əhliman Həbibulla oğluna məxsus ev qar uçqununun altında qalıb.

Hadisə nəticəsində Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi uçqun altında qalıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Xilasedicilər uçqun altından bir uşağı sağ xilas etsələr də, həmin uşaq da aldığı xəsarətlər nəticəsində ölüb.

Qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atası Ə.Mustafayevə məxsusdur.

 -----

Lerik rayonunda qar uçqunu baş verib.

 
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb. 
 
Qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 körpə nəvəsi ölüb.

-----------

Lerik rayonunda qar uçqunu baş verib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.

Qar yığınının evin üzərinə düşməsi nəticəsində ev uçub. Bir ailənin dörd üzvü həlak olub.


22:33 23.02.2017
Xəbər lenti
Bütün xəbərlər