KANAL24.AZ
Az Iw En Ru

AZƏRBAYCAN BAĞÇILARININ GÖRÜŞÜ_FOTO+VIDEO

Kanal 24 xəbər verir ki, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşkilatçılığı ilə ölkənin aparıcı bağçıların görüşü keçirildi.

Görüşdə İqtisadiyyat nazirliyinin nümayyəndələri, SoyuzAgroKontrakt, D-Fruits, Amoris, AqroVest, AzNar, Astara Bağları, 3MS Zeytunçuluq kimi iri istehsalçılarla yanaşı fərdi qaydada intensiv bağçılıqla məşğul olan sahibkarlar da iştirak etdi.

Qonaqları salamlayaraq çıxış edən Assosiasiyanın sədri Bəşir Quliyev ölkə başçısının aqrar sektora olan diqqəti və qayğısından, aparılan islahatların müsbət nəticələr verdiyindən söz açıb. Assosiasiya sədri onu da bildirib ki, aidiyyatı hökümət qurumları və idarələrlə sıx əməkdaşlıq, məsləhətləşmələrin aparılması kimi amillər istehsalçılar üçün böyük dəstək və motivasiya kimi qiymətləndirilir.

Daha sonra Assosiasiyanın icraçı direktoru  Elnur İslamov çıxışında Assosiasiyanın istehsalçılar və dövlət qurumları ilə olan əlaqələndirici funksiyasını, sektor və istehsalçıların fəaliyyətləri ilə bağlı hər hansı bir mövzuda təkliflərin toplanması və operativ şəkildə müvafiq dövlət qurum və idarələrinə müraciət etmə imkanlarını xatırladaraq istehsalçıların bu istiqamətdə daha fəal olmağa dəvət etdi.

Görüş zamanı çıxış edən Assosiasiyanın sədr müavini Jalə Əmirbəyova bağçılıq sahəsindəki mövcud vəziyyətdən söz açaraq deyib ki, bu sahənin daha da inkişaf etdirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi olduqca önəmlidir. Jalə xanım bəzi yerli məhsullar üzrə milli genofondunun yaradılması ilə yanaşı yerli iqlimə uyğunlaşdırılmış tinglərlə bağlı faydalı bilik və təcrübə mübadələsinin aparılması yüksək qiymətləndirib.

Görüşdə məhsulların satış və yeni ixrac bazarları, Bağçılıq istehsalçılarının fəaliyyətləri ilə bağlı məsələlərə daha operativ həll və təkliflərin yerindəcə verilməsi üçün İqtisadiyyat nazirliyi, Assosiyasının tərəfdaşları olan “Yaşıl Dəhliz” logistika tərəfdaşı və qablaşdırma tərəfdaşları olan Azərsun Karton Emalı Müəssisənin nümayəndələri iştirakçıların suallarını cavablandırdılar və əyani maraqlı olaraq məhsullarını göstərdilər.

Türkiyənin Aypek Paketləmə şirkətinin nümayəndəsi qablaşdırma və məhsullarının ömrünün uzun saxlama sayəsində innovativ həll təklif edərək  meyvələrin xüsusən ixracı zamanı uzun çəkən nəqliyyatında istifadə olunan və 15-28 gün məhsulun ətrini özündə qoruyan Amerika patentli “smart pack” texnoloji ilə hazırlanan paketləri nümayiş etdirdi.

Həmçinin görüşdə bəzi bağçılıq sahələrin spesifikasını nəzərə alaraq aqrar texnikarın təmin olunması, kiçik istehsalçıların saxlama anbarlarıyla bağlı maraqlı təkliflər, gübrələrin idxalçı şirkətlərlə və ərəb ölkələrinə ixracın artırılması üçün İran logistika şirkətləri ilə əməkdaşlıq şərtləri eləcədə məhsul emalı üçün vergi qanunvericiliyi ilə bağlı maraqlı müzakirələr aparıldı.

Tədbirdə ölkənin zeytun, badam, feyxoa və çay kimi ixrac potensialı böyük olan məhsulların istehsalı və satış imkanlarının əhəmiyyəti baxımından maraqlı təkliflər hazırlandı.

Tədbirin sonunda Assosiasiyanın sədri Bəşir Quliyev Kanal24-ə müsahibəsində bu kimi görüşlərin daha da intensivləşdirəcəyi və sektorun güclü formalaşması, istehsalın artırılması həmçinin ixrac imkanlarının genişləndirilməsi istiqamətdə maraqlı layihələr üzərində fəaliyyətlərin aparıldığını bildirdi.


20:03 23.02.2017
Xəbər lenti
Bütün xəbərlər