KANAL24.AZ
Az Iw En Ru

"Nissan"ın rəhbəri "Mitsubishi" şirkətinə getdi

Yaponiyanın "Nissan Motor" avtomobil şirkətinin icraçı direktoru Karlos Qon vəzifəsini tərk etmək barədə qərar qəbul edib. Trend-un məlumatına görə, onu bu vəzifədə şirkətin top-meneceri Xiroto Saikava əvəz edəcək.

K.Qona bildirib: "Mitsubishi Motors" şirkətində öz üzərimə götürdüyüm yeni səlahiyyətlərlə əlaqədar olaraq düşünürəm ki, "Nissan"da yerimi Xiroto Saikavaya verməyin vaxtı çatıb".

Qeyd edək ki, X.Saikava aprelin 1-dən icraçı direktor olaraq vəzifəsinin icrasına başlayacaq.


16:57 23.02.2017
Xəbər lenti
Bütün xəbərlər