Cibutinin xarici işlər naziri və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusif Azərbaycana rəsmi səfər edəcək.
Diplomatik mənbələrdən verilən məlumata görə, səfər fevralın 24-25-də baş tutacaq.
Səfər zamanı onun bəzi rəsmi görüşləri, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla danışıqları nəzərdə tutulur.