KANAL24.AZ
Az Iw En Ru

"Smart" televizorlar sahiblərini izləyir - Bunu bilirdinizmi?

"Samsung" şirkəti alıcılarına xəbərdarlıq edib ki, şəxsi işlərini televizorun yanında müzakirə etməsinlər. 

Belə ki, internetə qoşulu olan "Smart TV" sistemli televizorlar insanların nə danışdığını eşidə və kənara ötürə bilir. "Kənar" deyiləndə isə ya Samsung şirkəti, ya da üçüncü tərəf nəzərdə tutulur.

Ekspertlər isə bildiriblər ki, Smart TV-ləri kənardan hak etməklə, onun yerləşdiyi otaqda gedən söhbətləri rahatca dinləmək mümkündür. 

Hüquq müdafiəçiləri buna kəskin reaksiya verərək, Corc Oruellin "1984" romanındakı sahibinə qarşı casusluq edən televizorları xatırlatdığını bildiriblər. 

Qeyd edək ki, müasir televizorlar sahiblərinin hansı kanallara baxdıqları barədə məlumatları da toplaya və kənara ötürə bilirlər. /ATV xeber/



18:37 10.02.2015
Xəbər lenti
Bütün xəbərlər