KANAL24.AZ
Az Iw En Ru

Muğan-Hacıqabul mənzilində 10 km dəmiryol əsaslı təmir olunur

Dəmir yolu nəqliyyat sisteminin inkişafina dair Dövlət Proqramının icrası çərçivəsində Bakı - Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 10 fevral 2015-ci ildə Muğan – Hacıqabul mənzilində 10 km yolun əsaslı təmirinə start verildi. Təmir işləri on gün davam edəcək.

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artiq 500 metr köhnə yol sökülüb.

Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, bu günə kimi 370 km yol əsasli təmir olunmuş və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənmişdir.


17:50 10.02.2015