KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda avtomobillərin qiyməti qalxdı

Xaricdən gələn maşınların sayında azalma müşahidə olunur.

Bu sözləri avtomobil ticarəti ilə məşğul olan Nadir Ağayev maşınların qiymətindəki dəyişiklik haqda Axar.az-a danışarkən deyib. O, maşınların qiymətində artım olduğunu bildirib:

“Hazırda bazarda maşınlar keçən ilə nisbətən 2-3 min bahadır. Təzə maşınlar 30 mindən başladığı üçün çox adam köhnə maşınlara yönəlir. Xaricdən də maşın az gəldiyindən qiymətlər qalxıb”.

N.Ağayev qiymət artımının tələblə bağlı olmadığını da əlavə edib: "Alıcı qıtlığı var".


16:01 22.02.2017