KANAL24.AZ
Az Iw En Ru

Soyuq havalarda ürək sağlamlığını qorumanın yolları

Qış aylarında soyuq, xüsusilə də dəyişən havalar, sağlamlığa mənfi təsir edir. Soyuqdəymə, qrip kimi üst tənəffüs yolu infeksiyaları qışda sürətli halda cərəyan edir. Lakin bədəni rahatlaşdırmaq üçün daha çox işləyən ürəyin sağlamlığını unutmamalıyıq.

Mütəxəssislər soyuq havalarda ürək sağlamlığının qorunması üçün zəruri tədbirlər haqqında məlumat verdi:
- Qış aylarında ilk olaraq küləyə qarşı tədbir görülməlidir. Ürək xəstəsi olsanız da, olmasınızsa da sinənizi qorumalısınız. Üst tənəffüs yolu infeksiyalarına qarşı şərfin istifadəsi vacibdir. Papaq taxmaq və qulaqlara soyuq havanın daxil olmasını əngəlləmək də əhəmiyyətlidir.
- Ürək xəstələrinin piyada yerimələri çox əhəmiyyətlidir. Soyuq hava səbəbiylə evə bağlanmaq yerinə piyada yerimək daha faydalıdır.
- Ayaq damarlarında problemi olan şəxslər, soyuq havada narahatlıq yaşaya bilərlər. Bu cür insanlar eyni zamanda şəkər xəstəsi olsa, hiss itkisi daha ciddi nisbətdə olacaq. Bu kəslər, ayaqlarının üşüdüyünü ya da donduğunu hiss etməzlər. Bu səbəblə axşamları çölə çıxarkən mütləq yun corab geyinməlidirlər. Bundan əlavə, gecə yatarkən yun corab geyinmək, ayaqların istiləşməsi baxımından çox faydalı olacaqdır.
- Ürək xəstələrinin qışda sağlam qidalanması da çox əhəmiyyətlidir. Yayda bu cür xəstələrin bol-bol su içmələri lazımdır. Qışda da doğru kalori qəbulu çox əhəmiyyətlidir. Kifayət qədər kalori qəbulu xəstələrin soyuğa və infeksiyaya qarşı dözümlü olmasını təmin edir. Qış ayları ürək xəstələri üçün həddindən artıq pəhriz edəcəkləri bir dövr deyil. Səhər yeməyində diabeti olmayan xəstələr, bir qaşıq bal və bir qaşıq bəhməz yeyə bilərlər.


06:05 22.02.2017
Xəbər lenti
Bütün xəbərlər