KANAL24.AZ
Az Iw En Ru

Bakı üzrə statistik hesabatların tamamlama işləri gedir

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) 2014-cü ilin yekunlarına görə paytaxtın bədən tərbiyəsi və idman təşkilatlarından statistik hesabatların qəbulu və yoxlanması üzrə işçi qrupunun növbəti iclasını keçirib.

Kanal24.az xəbər verir ki, BŞGİBİ-dən AzərTAc-a bildiriblər ki, iclasda Baş İdarənin əməkdaşlarından ibarət işçi qrupunun üzvləri, həmçinin rayon gənclər və idman idarələrinin məsul əməkdaşları iştirak ediblər.

İclasda paytaxtda fəaliyyət göstərən bədən tərbiyəsi və idman yönümlü təşkilatların statistik hesabatlarının yekunlaşdırılaraq vaxtında təqdim edilməsi vurğulanıb. Həmçinin ötən il ərzində yerlərdə yeni istifadəyə verilən idman qurğularının hesabatda əksini tapması qeyd olunub.



12:27 10.02.2015