Göyçay rayonunda gənclər arasında dava qanla nəticələnib.
Hadisə Göyçay şəhərindəki restoranların birində baş verib.
Rayonun Yeniarx kənd sakini, 1988-ci il təvəllüdlü Zülfüqarov Məharət Gülağa oğlu şəxsi münasibətlər zəminində baş verən dava zamanı yeni qohum olduğu şəxs, Göyçay şəhər sakini, 1992-ci il təvəllüdlü Bəhdəmirov Aqşin Bəhram oğlu tərəfindən döyülüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.