KANAL24.AZ
Az Iw En Ru

"Baxış Bucağı" verlişinin qonağı AYSEL FİKRƏT

Bu gün Kanal 24 də “Baxış bucağı” verlişinin növbəti çəkilişi oldu. Verlişin aparıcısı Pərvin Abgül, bu dəfəki qonağı isə yazıçı-şairə Aysel Fikrət idi.

Xatırladaq ki, Aysel Firkrət 1976-cı ildə Bakıda, ziyalı ailəsində anadan olub. 1992-1997 –ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini Kinodramaturgiya ixtisasını qırmızı diplomla bitirmişdir. Elə həmin ildən indiyə kimi Azərbaycan Dövlət İncəsənət Gimnaziyasında Kinodramaturgiya fənnindən dərs deyir. 1995-ci ildən ara –sıra hekayə və esselərlə Ədəbiyyat dərgilərində, dövrü mətbuatda çap olunmuşdir. 3 kitab müəlifidir:” Bir buludam”, “Ən doğma yad”, “İtirilmiş gülüş”.  Sonda Aysel Fikrət Kanal 24 də ən son kitabını hədiyyə etdi. 


00:33 22.02.2017