KANAL24.AZ
Az Iw En Ru

6 aylıq körpə anasının xərçəng xəstəsi olduğunu AŞKAR ETDİ

26 yaşlı Sara Boyl 6 aylıq körpəsi Teddinin döş xərçəngini diaqnoz etdiyini söyləyib.

BBC xəbər verir ki, Sara oğlunun keçən yaza qədər problemsiz olaraq süd əmdiyini deyib. Ancaq Saranın söylədiyinə görə, Teddinin davranışları qəfil dəyişib və anasını itələməyə başlayıb.

Sara: "Çox hüzursuzlaşmağa başladı, hətta məni vururdu. 8 aylıq bir körpənin anasını itələməsi çox ürək ağrıdıcıdır", - deyib.

Bir neçə həftə ərzində oğluna fərqli tərəfdən süd əmizdirməyə çalışan ana daha sonra südünün fərqli dadacağını düşünüb.

Sara həkimə gedib və müayinədən sonra ona "döş xərçəngi" diaqnozu qoyulub.


18:25 21.02.2017
Xəbər lenti
Bütün xəbərlər