KANAL24.AZ
Az Iw En Ru

Niyə Tövbə surəsi “Bismillahir-Rəhmanir-Rəhim”lə başlamır?

Bildiyimiz kimi, Qurani-kərimin 114 surəsindən 113-ü "Bismillahir-Rəhmanir-Rəhim" ayəsi ilə başlayır.

Yalnız Tövbə surəsinin əvvəlində bu ayə işlənmir. Bunun səbəbi haqqında ən geniş yayılmış fikir bundan ibarətdir ki, surənin ilk ayəsi müşriklərə qarşı "bəraə", yəni onlara xəbərdarlıq, onlardan bizarlıq çağırışı ilə başlayır: "Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq!" Təfsir alimləri deyirlər ki, "Bismillahir-Rəhmanir-Rəhim" ayəsi Allahın sonsuz rəhm və mərhəmətini ifadə edir, amma surənin əvvəlindəki xəbərdarlıq ayəsi bu mərhəmətlə uzlaşmır. Ona görə də Allah-təala öz qəzəbini bildirən ayədən əvvəl mərhəmətindən danışmağı məsləhət görməyib.


06:56 21.02.2017
Xəbər lenti
Bütün xəbərlər