KANAL24.AZ
Az Iw En Ru

"Kişilərin arasında qalmaq mənə çətindir,çünki mən...” Türk məhkumun məhkəmədən xahişi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinərək həbs edilən 1979-cu il təvəllüdlü Türkiyə vətəndaşı Yıldız Suatın məhkəməsi keçirilib.


Azərbaycanda Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilinərək həbs edilən və 10 il müddətinə azadlıqdan məhrum olunan 1979-cu il təvəllüdlü Yıldız Suatın Türkiyəyə ekstradisiya olunması məsələsinə baxılıb.

Ölkəsinə göndərilməsini istəyən Suat Yıldız məhkəmədən xahiş edib ki, bu məsələnin qısa zamanda həll edilməsinə kömək göstərsinlər: "Mən "gey"əm. Burada həbsxanada, kişilərin arasında qalmaq mənə çox çətindir. Öz ölkəmə getmək istəyirəm. Anam da xəstədir. Azərbaycanda olmaq mənə hər baxımdan ağırdır".

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Suat Yıldızın Türkiyəyə ekstradisiyası təmin edilib. O, ən tez halda 1 ay sonra ölkəsinə göndəriləcək.


21:29 20.02.2017