Frank Riberi Fransa polisi tərəfindən fiziki zorakılığa məruz qalan Teoya dəstəyini ifadə edib.
Təcrübəli futbolçu 22 yaşlı zərərçəkən qaradərili şəxsi Parisdə ziyarət edib və ona "Bavariya"nın formasını bağışlayıb.
O, narkotik ticarətində şübhəli bilinərək polis tərəfindən saxlanılmış və döyülmüşdü. Gənc oğlana ciddi xəsarət yetirildiyindən o, cərrahi müdaxiləyə ehtiyac duymuşdu.