KANAL24.AZ
Az Iw En Ru

İnternet tarifləri azaldılacaq

Özəl provayderlərin inkişafı üçün rəqabət mühitinin yaxşılaşdırılması və şəraitin yaradılması Azərbaycanda internet xidməti üzrə tariflərin gələcəkdə azalmasına yardım edir. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

Nazirlik dövlət operatorlarına özəl internet xidməti tədarükçülərinin üzləşdiyi problemlərin həllinə kömək etməyi və inkişaf üçün zəuri şəraitin yaradılmasını tapşırıb: "Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi son istifadəçilərə göstərilən internet xidmətinin kefiyyətinin və istifadə imkanlarının artmasında xeyli rol oynayır".

Nazirlikdən qeyd ediblər ki, hazırda Azərbaycanda genişzolaqlı qoşulmanın qiyməti orta əmək haqqının təqribən 2 faizinə bərabərdir: "Bu da orta dünya göstəricisindən 3 dəfə aşağıdır. Biz bununla kifayətlənmək niyyətində deyilik və bu baxımdan işlər davam etdiriləcək. Əsas məqsəd internet xidmətinin genişləndirilməsi üçün rəqabət mühitinin yaxşılaşdırılması və özəl biznesin cəlb edilməsidir. Bu, yekunda son istifadəçilər üçün tariflərin gələcəkdə azalmasına yardım edir".


05:00 09.02.2015