KANAL24.AZ
Az Iw En Ru

Kriştianu Ronaldu reklamdan nə qədər qazanır?

Portuqaliya milli komandası və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu 2016-cı ildə 442 milyon funt-sterlinq qazanıb.

32 yaşlı hücumçu bu vəsaiti “Nike” brendinin reklamından əldə edib.

Ronaldu sosial şəbəkələrdəki rəsmi səhifələrində “Nike”ın adını 1703 dəfə hallandırıb. 2017-ci ildə portuqaliyalı futbolçunun bu xidmətinə görə 800 milyon funt-sterlinq qazanacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Kriştianu Ronaldu 2003-cü ildən “Nike” ilə əməkdaşlıq edir. O, ötən il sözügedən şirkətlə ömürlük müqavilə bağlayıb. 


04:59 19.02.2017
Xəbər lenti
Bütün xəbərlər