KANAL24.AZ
Az Iw En Ru

Şeytanın vəsvəsələrinə qalib gəlməyin YOLU

Allah Təala Quranda insanın düşmənlərini tanıtmışdır ki, onlardan biri də şeytandır.

Dünya həyatında bəzi insanlar vardır ki, insanlara qarşı düşmənçiliklərini gizlədirlər, ancaq şeytanı öz dostu hesab edirlər. “Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!»”. (“Yasin” 60).
Bu təhlükəli düşmənə diqqətsizlik etmək insanı bəlaya salar. Şeytan insanı vəsvəsə edən zaman əgər insan onu düşməni bilməzsə, ona itaət edər və özünə rəhbər seçər.
Quran şeytanın bir çox hiylələrini bizlərə tanıtmışdır. Bu da bizə şeytanla mübarizə aparmaqda yardım edir. “(Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam)»”. (“İsra” 62).

Şeytan adətən üç tayfa insanı vəsvəsə edər.

Birincisi o kəsdir ki, Allahı yada salmaqdan uzaq olar. O kəs kimi ki, səhər mağazasını açar və axşam bağlayar və heç kəslə də işi olmaz. Ondan soruşan zaman ki, qazancın necədir? Deyər ki, halaldır. Lakin halal ruzinin hökmlərini bilməz. Sanki robotdur və səhər iş yerinə gələr və axşam qayıdar. İslamın əhkamından xəbərdar olmaz.
İkinci tayfa o insanlardır ki, Allahın hökmlərinə qarşı laqeyddirlər, səhlənkarlıq edirlər. Namazı tez-tələsik qılırlar, əvvəl vaxtda qılmırlar.
Üçüncü tayfa o insanlardır ki, qəflətdədirlər. Özlərini İlahi dərgahda görmürlər.
Şeytan Allahdan icazə alıb ki, insana qan vasitəsilə daxil olsun. Sonra da onu vəsvəsə etsin. Şeytan bilir ki, insan bu üç tayfadan hansına aiddir.
Əxlaq müəllimləri buyurur: “Hər kim bu xəbisin şərindən amanda qalmaq istəyirsə, gərək daima nəzarətdə olsun. Özünü Allah dərgahında hiss etsin. Hər kim səhər və gecəsini laqeyd halda keçirərsə, şeytan tərəfindən daima ovlanar. Bunun üçün Allahın möhkəm ipindən yapışıb, yalvarmaq lazımdır. Siz gərək Allaha tərəf bir addım atasınız ki, O, sizə tərəf 10 addım atsın.
Şeytan gecə namazı qılan insanları xüsusilə vəsvəsə edər və onlara deyər: “Bu, müstəhəb namazdır, gərək öz sağlamlığını düşünəsən. Gərək gecəni yatasan ki, səhəri dərsə və ya işə gedə biləsən”. Lakin şeytan bilmir ki, Allah hər səhər çağı insanların ürəyinə nəzər salar və onu nurani edər. Bu nurani evi şeytanın çirkin vəsvəsələri ilə kirləndirməyək, daima nəzarətdə olaq”. (deyerler.org)


03:37 19.02.2017