KANAL24.AZ
Az Iw En Ru

Şahin Zəkizadə dəfn edildi

Ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişən rejissor Şahin Zəkizadə dəfn edilib

Teleqraf.com xəbər verir ki, mərhum Maştağada "Seyidlər" qəbristanlığında torpağa tapşırılıb. 

Şahin Zəkizadə 5 mart 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Həsən Zəkizadə görkəmli aktyor və rejissor Əlisəttar Məlikovun nəvəsi idi. 

Şahin məktəbi bitirəndən sonra Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Daha sonra təhsilini Moskvada davam etdirib. Rejissor fəaliyyətinə reklam və klip sahəsində başlayıb. Azərbaycanın ən məşhur ifaçıları üçün kliplər çəkib. 

Bundan başqa, o, "Lider" və "Yurd"  televiziyalarında çalışıb. Həyatı boyu sosial reklam, siyasi çarx, həmçinin sənədli filmlər çəkən Şahin 2003-cü ildə "Dünənə ehtiramla, sabaha ümidlə" və Əminə Dilbazidən bəhs edən "Tənha bülbülün rəqsi" sənədli filmləri ilə kino sektoruna daxil olub.

 

 


00:59 18.02.2017