KANAL24.AZ
Az Iw En Ru

ABŞ və Rusiya ona görə Bakını seçdi ki... - Kuznetsov

Son 20 ildə rəsmi Bakının bütün güc tətbiq edən mərkəzlərdən uzaq durması və bütün sivil dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər qurmaq istəyi Azərbaycan paytaxtını hegemon dövlətlərin generallarının görüş yeri seçimində böyük rol oynadı. Bu, birbaşa Azərbaycanın son illərdə yürütdüyü balanslaşdırılmış xarici siyasətin nəticəsidir.

Bu sözləri rusiyalı ekspert və politoloq Oleq Kuznetsov Rusiya və ABŞ Qərargah rəislərinin Bakı görüşü haqda Axar.az-a eksklüziv açıqlamasında deyib. Tanınmış politoloq əlavə edib ki, son bir neçə ildə Bakı Şərqlə Qərb arasında körpü rolunu oynayır:

“Mənim kiçik bir əlavəm də var. Son bir neçə ildə Bakı Şərq və Qərb arasındakı beynəlxalq sivil körpü rolunu oynayır, sivil islamı və xristianlığı birləşdirir. Bakı uzun müddətdir ki, Avropanın xristian mədəniyyət nazirləri ilə Asiyanın müsəlman mədəniyyət nazirlərinin ənənəvi görüş məkanıdır. Çünki Bakı hər iki dinin daşıyıcılarının mədəniyyətini özündə əks etdirir və yaxınlaşdırır. Təcrübə göstərir ki, bu proses çox böyük və təqdirəlayiqdir. Mənim fikrimcə, Azərbaycan sürətlə Mərkəzi Asiyanın İsveçrəsinə çevrilir. Bu gün region üçün böyük əhəmiyyət kəsb edən görüşlərin hamısı bu ərazidə baş tutur”, – deyə politoloq əlavə edib.


19:20 17.02.2017