KANAL24.AZ
Az Iw En Ru

Ağ örpəyə bürünmüş BAKI

Ötən gecə Bakıya güclü qar yağıb.

Kanal24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bütün şəhər qarla örtülüb. Hazırda yollar sürüşkəndir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağını bildirb. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Departament bu günün sonuna kimi Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyini, qar yağacağını proqnozlaşdırıb.

16:30 17.02.2017