KANAL24.AZ
Az Iw En Ru

Qar yağacaq, yollar buz bağlayacaq

Bakı və Abşeron yarımadasında fevralın 17-də arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz   1-3° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  normadan yüksək 771  mm civə sütunundan 774  mm civə sütununa yüksələcək.  Nisbi rütubət  85-95 % təşkil edəcək.
 Gecə və səhər yolların buz bağlama ehtimalı var.

 Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 17-si axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Fevralın 18-də isə soyuq hava şəraitinə baxmayaraq havanın oksigenlə zəngin olması müsbət amildir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 1-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.


19:57 16.02.2017
Xəbər lenti
Bütün xəbərlər