KANAL24.AZ
Az Iw En Ru

Kartof nə ilə faydalıdır

Bütün dünyada kartof, demək olar, ən yayılmış və populyar tərəvəzdir. Kartof ilk dəfə Avropaya XVIII-сi əsrdə düşdü.

Lakin əvvəllər kartofu burada yemirdilər. Fransız qadınları kartofun gülləri ilə saçlarını bəzəyirdilər, Almaniyada kartofu dekofativ bitki kimi yetişdirirdilər, kartofun çiçəkləri bağları bəzəyirdi.

Hazırda biz süfrəmizi kartofsuz təsəvvür edə bilmirik. Kartof çox faydalı tərəvəzdir. Kartofun tərkibində C, B qrupu, PP, E vitaminləri, karotin, fol turşusu, nişasta, pektin maddələri, sellüloz və həmçiniz vacib mikroelementlər - maqnezium, fosfor, kalsium, dəmir var. Kartof kaliumun miqdarına görə tərəvəzlərin arasında lider sayılır. Bu vacib element ürəyin və damarların normal fəaliyyəti üçün çox vacibdir. Məhz bu səbəbdən ürək xəstəlikləri olan insanlara həkimlər suda (qabıqlı) və ya sobada (yağsız, folqada) bişmiş kaftof yeməyi tövsiyə edirlər.

Bundan əlavə kartof qanda xolesterinin səviyyəsini aşağı salır və arterial təzyiqin tənzimlənməsinə kömək edir.

Şellüloz və pektin maddələri ilə zəngin olan kartof bağırsaqlar üçün çox xeyirlidir - bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Kartof nişastası əsasında bişirilmiş kisel bağırsaqları yaxşı təmizləyir, orada yığılan ziyanlı maddələri çolə çıxardır, iltihabla mübarizə aparır, selikli qişanın bərpa olunmasına kömək edir.

Çiy kartofun şirəsi mədə və 12 barmaq bağırsağı xəstəlikləri zamanı çox yaxşı təbii müalicəvi vasitədir. Bundan əlavə kartof şirəsi xroniki qəbizlik zamanı çox yaxşı müalicəvi effekt verir, qıcqırmanı yox edir.

Yaponiyada çiy kartofun şirəsini xərçəng əleyhinə vasitə kimi istifadə edirlər.

Kartof allergik reaksiyalara səbəb olmur və bu səbəbdən kiçik yaşlı uşaqların, allergiyaya meyilli olan insanların qidalanmasında geniş istifadə oluna bilər.

Çiy kartof dermatologiyada müxtəlif dəri xəstəliklərin (ekzema, dermatit və s.) müalicəsində istifadə olunur. Problemli dəriyə qalın layla sürtgəcdən keçirilmiş çiy kartof qoyulur və üzərinə pambıq parça qoyulur. Belə kompresləri uzun müddət ərzində etmək olar. Dəri təmizlənəcək, daha sağlam görünəcək.

Ümumillikdə kartof dərinin vəziyyətini yaxşılaşdırır. Kartof maskası dərini elastik, hamar edir, xırda qırışları yox edir. Bu maska üçün kartof az miqdarda suda bişirilir, əzilir, 1 yumurtanın sarısı, 1/2 limonun şirəsi və 1 çay qaşığı bal əlavə olunur. Maska yaxşı qarışdırılır və ilıq vəziyyətdə təmiz dəriyə çəkilir. 20 dəqiqədən sonra maska ilıq su ilə yuyulur.

Kartof əllərin dərisinin vəziyyətini yaxşılaşdırır, quruluq, qabıqvermə ilə mübarizə aparır. Kartofu az miqdarda suda bişirin, əzin, 2 xörək qaşığı süd əlavə edin, qarışdırın və bu püreyə əlləriniz salıb 20 dəqiqə belə saxlayın. Bir neçə belə prosedurdan sonra dərinin vəziyyəti xeyli yaxşılaşacaq.

Ən faydalı kartof qırmızı kartof sayılır.

Kartofda olan xeyirli maddələri saxlamaq üçün tərəvəzi az miqdarda suda bişirin.

Kartof qaranlıq yerdə saxlanılmalıdır. İşığın təsirindən kartof göyərir və cücərir. Belə kartofun tərkibində çoxlu miqdarda zəhərli maddə - solanin əmələ gəlir ki, bu maddə zəhərlənməyə səbəb ola bilər.

Mədəaltı vəzi ilə problemlər olan və şəkərli diabet xəstəliyinə meyilli olan insanlar kartofu daha az yeməlidir.


19:18 16.02.2017