KANAL24.AZ
Az Iw En Ru

Türk liderin Rusiya və Ukrayna səfəri: Nə gözlənilir?

Ərdoğanın martda həm Rusiyaya, həm də Ukraynaya gözlənilən səfərinin bir-birilə birbaşa əlaqəsi yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Ərdoğan səfərlərində Türkiyənin siyasəti və bundan sonra atılacaq addımlarla bağlı müəyyən qərarlar alacaq:

“Türkiyə öz maraq və mövqelərini ortaya qoyacaq və bu, heç bir tərəfin mövqeyi ilə birbaşa uzlaşmayacaq. Rusiya ilə olan məsələlərin gündəmində Suriya, ikitərəfli münasibətlər, Cənubi Qafqazda olan münaqişələr müzakirə mövzusu olacaq. Ərdoğanın Ukrayna səfərində isə iki ölkə arasındakı iqtisadi, siyasi münasibətlər müzakirə ediləcək.

Əlbəttə, istisna etmək olmaz ki, Ukraynaya olan səfər Rusiya tərəfini qıcıqlandıracaq. Çünki adətən belə səfərlərdə Krımın taleyindən söhbət açılır. Ancaq Ankaranın bu mövqeyi Moskvaya bəllidir və bu dəfə gərginlik yaşanmayacaq. Rusiya başa düşür ki, hazırda Türkiyə ilə daha önəmli məsələlərin həlli gündəmdədir və hər iki tərəf üçün çox vacibdir. Ona görə də ruslar siyasi ritorikadan istifadə etməyəcəklər”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martda Kiyevə və Moskvaya səfər edəcək.


16:26 16.02.2017
Xəbər lenti
Bütün xəbərlər