KANAL24.AZ
Az Iw En Ru

“Hərbi vəziyyət haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunur

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Hazırda qüvvədə olan qanun 1994-cü ildə qəbul edilib və 17 maddədən ibarətdir. Hazırda təqdim olunan qanun layihəsi isə 5 fəsil, 27 maddədən ibarətdir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihəsi haqqında məlumat verib.

Onun sözlərinə görə, layihə Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq hazırlanıb.

Belə ki, Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

Həmçinin layihədə hərbi vəziyyətin elan oluması haqqında Prezidentin fərmanının təsdiq edilməsi, səfərbərlik elan olunması məsələləri öz əksini tapıb.

Layihənin 3-cü maddəsində isə hərbi vəziyyətin elan olunmasının səbəbləri açıqlanıb.

Layihənin birinci fəslindəki 6-cı maddə də olduqca vacibdir.

“Hərbi vəziyyətin elan olunması haqqında” fərman iki halda Milli Məclisdə təsdiq oluna bilər. Hərbi vəziyyətin elan edilməsindən sonra fərmanın 24 saat müddətində Milli Məclisə təqdim edilməsi və sessiyanın olub-olmamasından asılı olmayaraq, 48 saat müddətində buna baxılaraq qərar qəbul edilməsi göstərilib.


23:49 14.02.2017