KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda meşə salınması üçün torpaqların icarəyə verilmə müddəti artırıldı

Azərbaycanda meşələrin bərpası məqsədi ilə torpaqların icarəyə verilmə müddəti 5 dəfəyədək artırılıb.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Meşə Məcəlləsinin 22-ci maddəsinə dəyişiklik haqda parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

Dəyişikliyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) müqavilə əsasında müvafiq icra hakimiyyəti tərəfindən 1 ildən 49 ilədək icarəyə verilə biləcək. Hazırda isə bu müddət 1 ildən 10 ilə qədərdir.

İclasda layihə səsə qoyularaq qəbul edilib.


23:46 14.02.2017
Xəbər lenti
Bütün xəbərlər