KANAL24.AZ
Az Iw En Ru

Rasim Ocaqovun adına təqaüd təsis edildi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, "Şöhrət" ordenli görkəmli kinorejissor Rasim Ocaqovun adına təqaüd təsis olunub.

Trend-in məlumatına görə, görkəmli kinorejissor R.Ocaqov adına təqaüdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissor ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi (Xalq artisti, professor Eldar Quliyevin emalatxanası) Mafər Fuad oğlu Həsənov layiq görülüb.


19:50 14.02.2017